DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 10,6 faiz artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan  sığortaolunanların sayı 10,6 faiz artıb
11:48 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2015-ci il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 284 961 sığortaolunana fərdi şəxsi hesab açılıb. 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 10,6 faiz artıb.

Fonddan Trend-ə verilən məlumata görə, beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 976 318 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,01 faizi (1 758 006 nəfər) kişi, 40,99 faizi (1 218312 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,6 faizini (733 871 nəfər) əhatə edir.

Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,8 faizini (708 450 nəfər) 30-40 yaş aralığında olan şəxslər, 21,4 faizini (636 805 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 20,3 faizini (604 787 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 9,9 faizini (292 405 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR