Azərbaycanlıları hiddətləndirən problem aradan qaldırıldı

Azərbaycanlıları hiddətləndirən problem aradan qaldırıldı
11:51 12 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Dərbənddə Seyid Mir Qafar ağanın dağıdılmış türbəsi bərpa edilib.

ANS PRESS-in məlumatına görə, hüquq mühafizə orqanları abidənin dağıdılması faktı ilə bağlı araşdırmalar aparır.

Hüquq mühafizə orqanlarına hadisə barədə məlumat yanvarın 8-də axşam saatlarında verilib. Bu türbə şəhərdə yaşayan azərbaycanlıların tez-tez ziyarət etdiyi ocaqlardan biridir. Bu hücumdan sonra yerli azərbaycanlılar hadisəyə kəskin reaksiya göstərib və etiraz ediblər.

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyası isə məsələni diqqətdə saxladığını bildirib.

Qeyd edilib ki, bu hadisə vandalizmdir və Dağıstan və Azərbaycan xalqları arasında mehriban münasibətə, qarşılıqlı qardaşlıq əlaqələrinə şübhə yaratmaq üçün atılan addımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR