İtkin düşmüş məktəbli qızların yeni görüntüləri (VİDEO)

İtkin düşmüş məktəbli qızların yeni görüntüləri (VİDEO)
11:56 12 Yanvar 2015
208 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Van şəhərində 2 ay əvvəl itkin düşmüş üç məktəbli qızın yeni fotoşəkilləri üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, PKK terror təşkilatına məxsus bir internet səhifəsindı qızların PKK-nın Şimali İraqdakı təlim düşərgəsində çəkilən fotoşəkillərini yayımlayıb.

16 yaşlı Dilan və Funda, 15 yaşlı Münəvvər Başqala rayonunun Yukarı Dikmən kəndində yaşayırdılar. Başqala Anadolu İmam Hatip litseyinin tələbələri olan qızlar 14 noyabrda saat 13.30 -da məktəbdən çıxıblar. Kənddəki evlərinə getdikdən sonra saat 15.30 radələrində ailələrinə kursa gedəcəklərini söyləyərək evi tərk ediblər. Qızların axşam saatlarına qədər evə dönmədiyini görən ailələr jandarmaya müraciət etmək məcburiyyətində qalıblar.

Jandarma və polis tərəfındən aparılan bütün axtarışlara rəğmən məktəbli qızların izi tapılmayıb. Bir müddətdən sonra hər üç qızın PKK terror təşkilatına qatıldıqları barədə xəbərlər yayılmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR