"AtaBank" nizamnamə kapitalını ikiqat artırdı

"AtaBank" nizamnamə kapitalını ikiqat artırdı
12:03 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar/Trend/

Bakı Fond Birjasında “AtaBank” ASC-nin adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda deyilir.

Bankdan verilən məlumata görə, hər birinin nominal dəyəri 20 manat olan 2500000 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.

Emissiyanın anderrayteri qismində “Brokdil-Az” MMC çıxış edib.

Sonuncu emissiyaya qədər “AtaBank” ASC-nin nizamnamə kapitalı 25 mln. manat idi. Bankın səhmdarları qismində Azərbaycanın “AtaHolding” ASC şirkəti (76%) və fiziki şəxslər (24%) çıxış edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR