Azərbaycanlı xanım eyni anda

İranın Təbriz şəhərində azərbaycan əsilli 23 yaşlı xanım 6 uşaq birdən dünyaya gətirib.

Metbuat.az-ın məlumatına görə, körpələrdən 4-ü qız, 2-si isə oğlandır. Uşaqlar 27 həftə tamam olandan sonra dünyaya gəlib. Adı açıqlanmayan ana normal doğuş həyata keçirməyib.

Körpələrin çəkisi 580-960 qram arasında dəyişir. Onların səhhəti normaldır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR