Bakıda arvadını bıçaqlayanın arzusu reallaşmadı

Bakıda arvadını bıçaqlayanın arzusu reallaşmadı
12:09 12 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Məhəmməd Rufullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Məhəmməd Rufullayevin apelyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaşı Nuranəyə çoxsaylı bıçaq xəsarəti yetirib. O, arvadını öldürdüyünü zənn edərək daha sonra özünü bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərilib və həyatlarını xilas etmək mümkün olub.

Məhəmməd Rufullayevin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Rufullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhəmməd Rufullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR