Abdulla Abdullayevin məhkəməsi yanvarın 29-da başlayacaq

12:12 12 Yanvar 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:10 ]


Bakı. Şəhriyar Əlizadə - APA. “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

 

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası yanvarın 29-na təyin edilib. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev sədrlik edəcək.

 

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə təqsirləndirilir. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR