Milli Məclis yenidən toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, gündəliyə 24 məsələ daxildir.

Bunlar "Normativ hüquqi aktlar haqqında", "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Notariat haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Torpaq Məcəlləsinə dəyişiklik layihələridir.

Bundan başqa, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunacaq.

İclasda yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.

Deputatlar Milli Məclisin Gənclər və idman komitəsi sədrinin seçilməsi haqqında məsələyə də baxacaq.

Günün ulduz falı - 31 MAY - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR