Dünən "öldürülən" jurnalist canlı yayıma çıxdı

Ötən gün Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilməsi haqda məlumat yayılan rusiyalı jurnalist Arkadi Babçenko canlı yayıma çıxıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Rusiya hakimiyyətinə qarşı müxalif mövqe tutan jurnalist Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyatının xilas edildiyini deyib. O, buna görə Ukrayna rəsmilərinə təşəkkür edib.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Babçenkoya qarşı Rusiya tərəfindən sui-qəsd hazırlandığını açıqlayıb. Vurğulanıb ki, iki aydır planlaşdırılan sui-qəsdin qarşısı alınıb. İddia edilib ki, jurnalistin qətlə yetirilməsi üçün Rusiya tərəfi 40 min dollar ödəyib.

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ittihamlara dərhal cavab verib. Nazirliyin yaydığı açıqlamada qeyd edilib ki, Babçenkonun guya öldürülməsi ilə bağlı yayılan məlumatlar və baş verən son hadisələr birbaşa Rusiyaya qarşı təxribatdır.


Xərçəngin qatili - Kimyaterapiyaya ehtiyac yoxdur - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR