Müsavat Məclisinin sədri: “Vurğun Əyyubu məcburi şəkildə Məclisdə saxlamağın mənası yoxdur”

Müsavat Məclisinin sədri: “Vurğun Əyyubu məcburi şəkildə Məclisdə saxlamağın mənası yoxdur”
12:17 12 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:14 ]

Bakı. Etibar Məmmədov – APA. “Məclisin növbəti toplantısında Vurğun Əyyub Məclis üzvlüyündən çıxarıla bilər. Vurğun Əyyubun Məclis üzvlüyündə qalması digər müsavatçıların haqqının tapdalanmasıdır. Çünki onun Məclisdə tutduğu yeri hər hansı müsavatçı tuta bilər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

 

Xatırladaq ki, Müsavat Məclisinin ötən toplantısında partiya başqanı Arif Hacılı tərəfindən Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması təklif edilib. Bu təklif onun Müsavat Məclisini qeyri-legitim hesab etməsi, toplantılara qatılmaması ilə əsaslandırılıb. Lakin bəzi Məclis üzvlərinin bu təklifə qarşı çıxması səbəbindən təklif səsə qoyulmayıb və V. Əyyuba xəbərdarlıq edilib. V. Əyyub isə onunla bağlı veriləcək istənilən qərarla maraqlanmadığını və özünü Məclis üzvü saymadığını açıqlayıb.

 

N. Sadıqlı qeyd edib ki, belə olan halda V. Əyyub Məclisin növbəti toplantısında Məclis üzvlüyündən kənarlaşdırıla bilər: “Biz həm də Vurğun Əyyubun haqqını tapdalayırıq. Çünki bu adam Məclisdə iştirak etmək istəmirsə, onu məcburi şəkildə orada saxlamağın mənası yoxdur. Müsavatçıların istəyindən asılı olaraq Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması məsələsi qaldırılsa, bu məsələ müzakirə oluna və o, vəzifəsindən kənarlaşdırıla bilər”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR