McDonald's müştərisini çizburqerin içindən çıxan şoka saldı

McDonald's müştərisini çizburqerin içindən çıxan şoka saldı
12:17 12 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Fukusima prefekturasında McDonald's restoranlar şəbəkəsinin birində müştəri aldığı çizburqerin içərisində uzunluğu beş millimetrə yaxın olan metal yonqar aşkar edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.

NHK telekanalının məlumatına görə, müştəri aldığı çizburgeri evə aparıb və bir müddət sonra o, restorana qidadan kənar əşyanın çıxması barədə şikayətlə müraciət edib. Məlum olub ki, beş millimetrlik metal yonqar restoranın əməkdaşlarının hamburgerlər üçün kotlet hazırladıqları kürənin bir hissəsidir.

Şirkət istisna etməyib ki, yad predmet ona görə çizburqerə düşə bilər ki, bir gün əvvəl kürənin səthi pis təmizlənib. Telekanal alıcının metal yonqardan zərər çəkmədiyini qeyd edib.

Qeyd edək ki, McDonald's restoranlar şəbəkəsi son vaxtlar Yaponiyada dəfələrlə qalmaqalların mərkəzində olub. Buna baxmayaraq, Yaponiya KİV-i yazır ki, zərərçəkənlərdən biri şəxsən müraciət etməyənədək şirkətin baş ofis nümayəndələrinin daxil olan müraciətlərdən xəbərləri olmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR