Bakıda maskalı şəxslər qadının evinə basqın edib

Bakıda maskalı şəxslər qadının evinə basqın edib
12:19 12 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib.

 

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova polisə yazdığı ərizədə bildirib ki, ötən gün saat 20:00 radələrində yaşadığı Voxr küçəsi, ev 34-ə 4 nəfər maskalı şəxs hücum edərək, ona bıçaqla hədə qorxu gəlib, 480 manat pulunu, “Samsung Galaxy” markalı mobil telefonunu və əl çantasında olan 5 manat pulu götürüblər.

 

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR