Azərbaycan parlamentinin 2015-ci ildə ilk iclasının tarixi və gündəliyi məlum olub

12:22 12 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:18 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin 2015-ci ildə işə başlama və ilk iclasının tarixi, o cümlədən ilk iclasın gündəliyinin məzmunu açıqlanıb.

Parlamentdən APA-ya verilən məlumata görə, qanunverici orqan yanvarın 15-dən etibarən qış tətilini başa vuraraq yeni ildə işinə başlayacaq.

 

Komitələrin iclasları ilə işə başlayan Milli Məclisin builki ilk iclası fevralın 1-i bazar gününə düşdüyü üçün, fevralın 2-də keçiriləcək. İclasın gündəliyinə parlamentin yaz sessiyasında iş planı, Azərbaycanın bir sıra dövlətlərlə imzaladığı sazişlərin təsdiqi, “Elm haqqında” qanun layihəsinin müzakirəsi və bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR