Samuel Eto`O italyanları seçdi

Samuel Eto`O italyanları seçdi
12:22 12 Yanvar 2015
151 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea" və "İnter"in keçmiş forvardı Samuel Eto`O karyerasını yenidən İtaliyada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kamerunlu hücumçu "Sampdoria" ilə müqavilə imzalamaq üzrədir. Futbolçunun agenti artıq müqavilənin bəzi formallıqlarını müzakirə etmək üçün Genuya şəhərinə gəlib. Eto`Onun hazırki klubu "Everton"un bu transferdən 2 milyon avro qazanacağı gözlənilir. Eto`O isə 2 il müddətinə "Sampdoria"da oynayacaq.

"Sampdoria"nın baş məşqçisi Sinişa Mixayloviç də kamerunlu oyunçunun keçidini həll etməyə yaxın olduqlarını təsdiqləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR