Cənubi Koreya prezidenti Pxenyan rejiminin lideri ilə görüşməyə hazır olduğunu bəyan edib

12:27 12 Yanvar 2015
307 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:23 ]


Bakı – APA. Cənubi Koreya prezidenti Pak Kın He Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan edib.

 

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Pak Kın He hər hansı şərt irəli sürmədən görüşə razı olduğunu bildirib.

 

O qeyd edib ki, Koreya xalqının bölünməsinin ağrısını azaltmaq və birləşməyə nail olmaq üçün istənilən şəxslə görüşməyə hazırdır. Bununla yanaşı Cənubi Koreya prezidenti 1948-ci ildə qəbul edilmiş milli təhlükəsizlik qanunun qüvvədə qalmasının vacibliyini vurğulayıb.

 

Xatırladaq ki, müvafiq qanun Şimali Koreyanı antidövlət təşkilat kimi tanıyır və Pxenyan rejimi ilə istənilən əməkdaşlığa görə cinayət məsuliyyəti nəzərdə tutur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR