Düşmən orduda böyük itki

Düşmən orduda böyük itki
12:31 12 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusu 2014-cü ildə 46 hərbi qulluqçusunu itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb. Məlumata görə, Ermənistan ordusunda ötən il ərzində 42 insident qeydə alınıb. Ölənlərin sayı ötən illə müqayisədə 15 nəfər çoxdur.

Ölən əsgərlərin 26-nın döyüş şəraitində, yerdə qalanlarının bədbəxt hadisə, intihar, silahla davranma qaydalarını pozma və müxtəlif xəstəliklərindən öldüyü deyilir.

Qeyd edək ki, bunlar rəsmi rəqəmlərdir. Məlumatlara görə, Ermənistan rəhbərliyi ordudakı itkilərini müxtəlif yollarla gizlətməyə çalışır. İrəvandakı öldürülmüş əsgər valideynlərinin aksiyalarının çoxluğu buna əyani sübutdur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=319135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR