Bu ölkə yürüşə qatılmadı (FOTO)

Bu ölkə yürüşə qatılmadı (FOTO)
12:31 12 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Fransanın paytaxtı Paris tarixinin ən böyük yürüşlərindən birinə şahid oldu. ANS PRESS-in məlumatına görə, terroru lənətləmək üçün Cumhuriyyət meydanında 2 milyona yaxın insan qol-qola yürüş edib. Yürüşdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları da iştirak edib.

Lakin bir ölkə bu yürüşə qatılmadı. İki gün ərzində 17 can alan terroru lənətləyənlər sırasında Mərakeş olmayıb.

Mərakeş isə "Charlie Hebdo" jurnalında Məhəmməd peyğəmbər (s.ə.s) və dini təhqir edildiyi üçün yürüşdə iştiraka nümayəndə göndərməyib.

Yürüşə qatılanlar "hamımız Şarliyik" plakatları tutublar.

Qeyd edək ki, Parisdə baş tutan həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR