Bakıda güclü külək əsəcək

12:33 12 Yanvar 2015
152 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Güclü cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.

Yanvarın 15-dək Abşeron yarımadasında meteroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-10 dərəcə isti müşahidə ediləcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR