Həkim məsləhəti: "Qalın geyinin, bol su için"

Həkim məsləhəti: "Qalın geyinin, bol su için"
12:34 12 Yanvar 2015
198 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qrip yenidən yayılıb. Lent.az-ın məlumatına görə, qripə yoluxma halları daha çox uşaqlar arasında müşahidə olunur. Tibb üzrə fəlsəfə doktoru, həkim, Tibbi Universitetinin dosenti Samir Cavadov Lent.az-a açıqlamasında bildirib ki, son vaxtlar yayılan xəstəliklər əslində kəskin respirator infeksion xəstəlikdir: "Yəni bu, qripxarici virusdur. Bu xəstəlik digər viruslar tərəfindən törədilir və paraqrip, respirator sinsitial viruslar tərəfindən törədilir”.

Dosentin sözlərinə görə, kəskin resperatur xəstəliyin müxtəlif əlamətləri mövcuddur: “Bu cür xəstəliyə əsasən payız-qış fəslində, yaz aylarında rast gəlinir. Bəziləri də bunu qriplə qarışdırır. Kəskin resperatur xəstəliyinə yoluxan insanlarda zökəm, asqırma, öskürmə müşahidə edilir. İnsanlarda həmçinin, burun axıntısına, göz qızarmalarına rast gəlinir. Halsızlıq və əzginliklər də olur”.

S. Cavadov əhaliyə qeyd olunan xəstəlikdən qorunma yollarını da açıqlayıb: “İmmun sistemi normallaşdırılmalıdır. Qalın geyinməli, bol su içilməlidir. Qidaya fikir verilməlidir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR