Rusiya Türkiyə ilə razılığa gəlir

Rusiya Türkiyə ilə razılığa gəlir
12:41 12 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qazprom" şirkətinin strukturlarından olan "Gazprom Schweiz AG" şirkəti Türkiyənin "Akfel Gaz" ixracatçı şirkətinin bir hissəsinin pay şəklində alır. Bu barədə sifariş Türkiyənin Antiinhisar İdarəsinə göndərilib.

ANS PRESS-in xəbərinə görə, planlaşdırılan sazişin detalları, ümumi məbləği barədə hələlik məlumat verilmir. Lakin "Qazprom"la sazişin müvəffəqiyyətlə başa çatması halında "Gazprom Schweiz AG" şirkəti Türkiyəyə hər il 4,75 milyard kubmetr qaz idxal edəcək.

Ümumiyyətlə, Türkiyə 2013-cü ildən başlayaraq Rusiya qazının idxalının ümumi həcminə görə ikinci yeri tutur.

Həmin il bu ölkə Rusiyadan 26,7 milyard kubmetr qaz alıb. 2014-cü ilin doqquz ayında isə Rusiyadan Türkiyəyə 20,7 milyard kubmetr qaz idxal olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=319130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR