Meteohəssaslara xəbərdarlıq

Meteohəssaslara xəbərdarlıq
12:46 12 Yanvar 2015
153 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 13-də Abşeron yarımadasında meteoroloji amillərin tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, güclü cənub-qərb küləyi güclənən şimal-qərb küləyinə keçəcək, axşam mülayimləşəcək.

Temperaturun gecə 1-3, gündüz 4-10 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi güclənəcək.
Temperatur aran rayonlarında gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR