Azərbaycan ərazisində hava yağmursuz olacaq, Bakıda 10 dərəcəyədək isti gözlənilir

Azərbaycan ərazisində hava yağmursuz olacaq, Bakıda 10 dərəcəyədək isti gözlənilir
12:47 12 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:44 ]

Meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir

Bakı. Könül Kamilqızı - APA. Yaxın 2 gün ərzində Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, yanvarın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.

 

Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək və arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR