Baş nazir: Fransada terror aktları təhlükəsi qalır

Baş nazir: Fransada terror aktları təhlükəsi qalır
12:48 12 Yanvar 2015
163 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Fransada terror aktları təhlükəsi qalır. Trend xəbər verir ki, bu barədə ölkənin Baş naziri Manuel Vals BFM telekanalının efirində çıxış edərkən deyib.

Baş nazir bildirib: "Fransada terror aktları təhlükəsi qalır. Terrorizmlə mübarizəyə dair “Vijipirat” planı ən yüksək səviyyədə həyata keçirilməkdə davam edir”.

M.Vals əlavə edib ki, Fransada antiterror planının həyata keçirilməsinə 8470 hərbçi cəlb ediləcək: "Ölkə rəhbərliyi təhlükəsizliyin təmin olunması üçün lazım olan hər şeyi etməlidir. Biz ən yaxın vaxtda ekstremistlərlə mübarizədə əlavə tədbirlər görməliyik".

Onun sözlərinə görə, parlament yəqin ki, Fransada baş verən terror aktları ilə bağlı “istintaq komissiyasının yaradılmasını təsdiqləyəcək".

Bundan başqa, Baş nazir “terrorçuların təqibinin davam etdirildiyini” qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR