Futbolçudan qeyri-adi penalti vuruşu (VİDEO)

Futbolçudan qeyri-adi penalti vuruşu (VİDEO)
12:51 12 Yanvar 2015
382 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərədə aşağı liqa matçında qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, "Bradford"la "Roçdel" arasında keçirilən matçda qapıçının cərmə meydançası içərisində futbolçunu yıxması penaltiyə səbəb olub.

Hakim isə tərəddütsüz ev sahibinin qapıçısına qırmızı vərəqə çıxarıb. Qonaq komandada forma geyən İan Henderson isə penaltini vurmaq üçün topun qarşısına keçib. Futbolçu topu qapının üst dirəyinə vurub və daha sonra əyilərək topun digər futbolçuya qayıtmasına şərait yaradıb.

Bir anda topu qarşısında görən Peter Vinçenti isə düşünmədən zərbə endirib və komandasını hesabda önə keçirib.

Qeyd edək ki, bu penalti vuruşu futbol tarixində tez-tez təkrarlanan "panenka" penaltisi adlanır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR