Rusiya Hərbi-Hava Qüvvələri 2014-cü ildə rekord sayda təyyarə alıb

12:52 12 Yanvar 2015
385 Sosial
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:50 ]

Bakı – APA. Rusiya Hərbi-Hava Qüvvələri 2014-cü ildə rekord sayda aviatexnika alıb.

APA-nın Rusiyanın BMPD hərbi bloqunda yer alan hesabata istinadən verdiyi məlumata görə, ötən il Rusiya Müdafiə Nazirliyinin balansına 108 müxtəlif tipli təyyarə verilib.

 

Bunlardan 81 hərbi, 20 təlim məşq, digərləri isə nəqliyyat təyyarələridir.

 

Mütəxəssislər qeyd edir ki, yeni aviatexnikanın alınması baxımdan Rusiya Hərbi-Hava Qüvvələri 2014-cü ildə dünyada birinci yeri tutub. 2011-2020-ci illəri əhatə edən dövlət proqramına əsasən, Rusiya Hərbi-Hava Qüvvələrinin balansına 600 yeni təyyarə verilməlidir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR