Azərbaycanda Rumıniya Milli Mədəniyyət Günü qeyd ediləcək

12:57 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:55 ]


Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanda Rumıniya Milli Mədəniyyət Günü qeyd olunacaq. Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir yanvarın 15-də Rumıniya bəstəkarı Corc Eneskunun Bakıdakı abidəsi önünə əklil qoymaqla başlayacaq.

 

Daha sonra Rumıniyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərmarka”nın birgə təşkilatçılığı ilə Rumıniya və Azərbaycanın birgə hazırladığı markaların təqdimatı keçiriləcək. Bu markalar ənənəvi milli incəsənət mövzusunda hazırlanıb və hər iki ölkənin dulusçuluq və xalça sənəti nümunələrinə həsr olunub. Həmin gün həmçinin Rumıniyanın xalq şairi Mixay Emineskunun 165 illiyidir. Mərasim Mixay Emineskunun şeirlərinin oxunması ilə başa çatacaq.

 

Səfirlikdən bildirilib ki, Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır və iki ölkə arasında münasibətlər bütün sahələrdə güclü inkişaf edir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR