Bu il 500-dək vətəndaş əlil arabası ilə təmin edilib

2018-ci ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan 500-dək vətəndaşı əlil arabası ilə təmin edib. Təkcə son üç gündə 30 nəfərdən çox əlilliyi olan şəxsə müraciətlərinə uyğun olaraq əlil arabası təqdim olunub.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumat üçün bildirək ki, əlil arabası əldə etmək üçün əlilliyi olan şəxsin müraciəti əsasında tibbi göstəriş ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən nazirliyin elektron informasiya sisteminə daxil edilir. Sistemdən alınmış həmin məlumat əsasında şəxsin əlil arabası ilə təminatı həyata keçirilir.

Marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı - XƏBƏRDARLIQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR