Baş nazirin əli havada qaldı (VİDEO)

Baş nazirin əli havada qaldı (VİDEO)
13:06 12 Yanvar 2015
158 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Fransanın paytaxtı Parisdə terrora qarşı keçirilən həmrəylik yürüşündə iştirak edən Türkiyənin baş nazirinə qarşı hörmətsizlik olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland yürüşdə iştirak etmək üçün Parisə gələn dövlət rəsmiləri ilə görüşüb.

Yürüşdə yaşanan bir məqam jurnalistlərin diqqətindən qaçmayıb. Belə ki, Olland sırada olan dövlət rəsmilərinə əl verərək görüşüb, onlarla qucaqlaşaraq isti münasibət göstərib. Lakin Əhməd Davudoğlu bu münasibətdən kənar qalıb.

Belə ki, Ollanda birinci sırada olan Davudoğlunun görüşmək üçün uzanan əlini bir necə dəfə havada qoyub. O, hətta arxa sırada olanlarla belə görüşüb.

Davudoğluna növbə çatanda isə onunla ancaq əl sıxmaqla kifayətlənib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR