Azərbaycanda su hövzələrində üç nəfərin meyiti tapılıb

13:12 12 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 13:10 ]


Bakı. Fuad Cəfərov -APA. Respublika ərazisində üç nəfərin meyiti aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 27-də itkin düşən Yevlax rayon sakini Novruz Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisindən keçən hissəsində tapılıb.

Yanvarın 10-da Şəmkir rayonunun Ceyrançöl adlandırılan ərazisində Kür çayının sahilində üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti aşkarlanıb. 

Yanvarın 10-da Dənizkənarı Milli Parkın ərazisində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR