Qarlı havada maşın tapa bilməsən... - VİDEO

Qarlı havada maşın tapa bilməsən... - VİDEO
13:12 12 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Bölgələrdə sərt hava müşahidə olunur. Ucqar kəndlərdə isə yolların buz bağlaması gediş-gəlişi çətinləşdirir. Şamaxının dağ kəndlərindən olan Nağaraxana, Qızmeydan və Qaleybuğurd kəndləri də belə kəndlərdəndir.  Qış sərt keçdiyindən buzlu yollar üçün əlverişli minik vasitəsi hesab olunan xizəklərdən istifadə olunur. Kəndin daxilində enişli-yoxuşlu yollarda xizəklər sürətlə hərkət edir.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, rayon mərkəzindən alınan ərzaq və yaxud hər hansı bir yük xizəklərə yüklənir. Yaxud da kəndin daxilində hər hansı bir yükü daşımaq  lazımdırsa, o zaman mütləq xizəklərdən istfadə olnur. Bu səbəbdən kənddəki evlərin 90%-də xizək var. Xizəyi olmayanlarsa müvəqqəti olaraq qonşusunun xizəyindən istifadə edirlər. Qapıya qədər xizəklə gətirilən yüklər daşınan zaman qəzalar da qaçılmaz olur. Kənardan asan görünən bu iş əslində o qədər də asan deyil. Qış aylarında kəndlinin olmazsa olmazı olan xizəklər bu kəndlərdə ən çox istifadə olunan minik vasitəsidir. Hətta yüklü xizəklər üzərində yol gedənlər də var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR