Azərbaycanda saxlanılan Ermənistan hərbçisi üçüncü ölkəyə getmək istədiyini bildirib

13:17 12 Yanvar 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 13:15 ]


Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Polis İdarəsinin Haupvaxtında monitorinq keçirib.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada 9 nəfər saxlanılır: “Onlardan dördü Ali Hərbi Məktəbin kursantı, beşi isə əsgərdir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Ümumiyyətlə, Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra həm hərbi hissələrdə, həm də haupvaxtda vəziyyət xeyli yaxşılaşdırılıb. Əsgərlərin şəraiti ilə bağlı bir sıra islahatlar həyata keçirilib. Hərbi hissələrdən əvvəllər bizə çox şikayət daxil olurdu. Lakin son dövrlər bu hal baş vermir”.

 

E. Behbudov haupvaxtda saxlanılan Ermənistan hərbiçisi Arsen Bagdasaryanla da görüşdüklərini deyib: “Orada saxlanılan 1994-cü il təvəllüdlü Arsen Bagdasaryan Eduardoviçlə də görüşdük. Öz istəyi ilə Azərbaycan tərəfinə keçdiyini bildirdi. Dedi ki, Ermənistanda vəziyyət çox pisdir. Hərbi hissələrdə əsgərlərə vaxtı keçmiş yeməklər verildiyini, əsgərlərin zabit və çavuşlar tərəfindən hər gün döyüldüyünü, nalayiq sözlərlə təhqir olunduqlarını bildirdi. Azərbaycan tərəfi onu mülki geyimlə təmin edib. Saxlanma şəraitindən və ona qarşı münasibətdən çox razıdır. Hər hansı şikayəti yoxdur. Gündə üç dəfə isti yeməklə, siqaretlə təmin olunur. Ermənistana qayıtmaq istəmir. Bildirir ki, üçüncü ölkəyə getmək istəyir”.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR