Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyons Noulsun hamilə olması ilə bağlı mediada yayılan xəbərlərlə iddialar səngimir.
33 yaşlı müğənni bu iddialara cavab vermək qərarına gəlib. O, İnstagram-da yeni fotosunu paylaşaraq "Bu da cavabım" yazıb.
Fotoda quma "basdırılmış" Beyonsun qarnı xeyli böyüyüb.
Milli.Az Radar Online-a istinadən bildirir ki, müğənni bu minvalla hamilə olduğuna işarə vurub.
Beyonsun əri, tanınmış reper Cey Zi ötən ilin sentyabrında "İkinci övlad arzulayırıq" demişdi.
Milli.Az