Milyonların həsəd apardığı adamın İnstagram FOTOları

Milyonların həsəd apardığı adamın İnstagram FOTOları
13:27 12 Yanvar 2015
299 Maraqlı
Ölkə mətbuatı
A- A+

Onun 32 yaşı var və o, 18 milyard dollarlıq varidat sahibidir.
 
O, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin varis şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl Məktumdur.
Milli.Az bildirir ki, şahzadənin İnstagram-dakı profilinin 1,5 milyondan artıq daimi təqibçisi var.
 
Varis şahzadə istənilən kitabı və ən məxfi bilgini satın almaq, minlərlə insana hər ay maddi yardım etmək imkanlarına malikdir. O, dünyanın ən yüksək binasının damına dırmaşır, okeanın ən dərin yerinə düşür.
 
Şahzadə Həmdan istəyəndə şəxsi Boeing təyyarəsi ilə Antarktidaya yollanır, istəyəndə də Londona gedərək "kimsə mane olmasın" deyə, ən bahalı oteli büsbütün kirayələyir.
 
Bununla yanaşı, BƏƏ-də əmirin təbəələri onu çox sevirlər.
 
Milyonlarla insanın həsəd apardığı insan olan şahzadə Həmdan ölkədə 1240 ən istedadlı gəncin təhsil haqlarını tamamən ödəyir. Üstəlik, o, indiyədək dünyanın müxtəlif ölkələrində 1200-dən artıq məktəb tikdirib.
 
Varis şahzadə həm də BƏƏ-nin qeyri-neft sektorunun inkişafına yönəlmiş proqramların müəllifi və təşəbbüskarı, habelə rəhbəridir.
Məhz onun sayəsində hər ay yüzlərlə BƏƏ-li gənc dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa yollanır.
 
Milli.Az
 
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR