ABŞ-da Gülən mitinqi (VİDEO)

ABŞ-da Gülən mitinqi (VİDEO)
13:31 12 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da yaşayan türklər Nyu-Yorkda “paralel hökümət istəmirik” adı altında mitinq keçiriblər.

ANS TV-nin məlumatına görə, aksiya Amerikada yaşayan türk cəmiyyətinin nümayəndələri tərəfindən Ərdoğan hökümətinə dəstək məqsədilə təşkil edilib. Mitinq Türkiyənin “İstiqlal” marşı və Amerika himni ilə başlayıb. Çıxış edən təşkilatçılar bildiriblər ki, son zamanlar “paralel hökümət”in Amerika cəmiyyəti və hökümətinə təsir etmək üçün kampaniya başladılıb. Amerikada yaşayan türklər isə Türkiyə Cümhuriyyəti əleyhinə başlayan bu təbliğata qarşı çıxmaq üçün bu mitinqi təşkil ediblər. Soyuq hava şəraitinin olmasına baxmayaraq mitinqdə uşaqdan boyüyədək çox sayda insan iştirak edib. Türklərə dəstək məqsədilə aksiyaya Azərbaycan, axisxa türkləri, bosniyalılar və ərəblər də qatılıb.

Mitinqdə Türkiyə bayraqları dalğalanıb və “paralel hökumət istəmirik” yazılmış plakatlar qaldırılıb. Türkiyə və Rəcəb Tayyib Ərdoğan leyhinə şüarlar səsləndirilib.

Türkiyə diaspor fəalı hədəfləri aksiyanın Amerika hökumətini və Amerika cəmiyyətini məlumatlaşdırmaq olduğunu deyir. Onun sözlərinə görə, Amerika dövləti hər zaman leqal yolla seçilmiş hökümətlərin arxasında olub. O Amerikanın hər nə şəkildə olursa-olsun seçilmədən, fərqli yolla iqtidara gəlməyə çalışan heç bir qurumu dəstəkləməyəcəyini düşünür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR