Monitorinq başa çatdı

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə Xəzər dənizinin suyunun yararlığını müəyyən etmək üçün başlanmış monitorinqlər başa çatıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu haqda Mərkəzin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib. O bildirib ki, aparılmış monitorinqlər nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində dəniz suyunda baktereoloji çirklənmənin normadan çox olduğu müəyyən edilib.

“Həmin çimərliklərdə çimmək məqsədə uyğun deyil. Abşeron yarmadasında qanuni fəaliyyət göstərən çimərliklərdə dəniz suyu bütün göstəricilərə, standartlara cavab verir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyun ayının 15-də başlayacaq.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR