İrana 100 milyardlıq zərbə

İrana 100 milyardlıq zərbə
13:36 12 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Qərbin İrana qarşı sanksiyası nəticəsində son üç ildə ölkənin neft sənayesi 100 milyard dollar zərər görüb.

ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, bunu ölkənin qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Məsləhət Şurasının katibi Möhsen Rezai bildirib.

O, Xuzistan əyalətinin Məscid Süleyman şəhərinə səfəri zamanı deyib ki, üç ildə sanksiyalar 1 milyard barel İran neftinin ixracını məhdudlaşdırıb, bu dövrdə "qara qızıl"ın ixracından gələn gəlirlərin 100 milyard dollar azalmasına gətirib çıxardı.

Onun sözlərinə görə, neftin dünya bazarında qiymətinin düşməsi də kiçik zərər deyil. Bunları bir-biri ilə bağlı olan vasitəli sanksiya hesab etmək olar: "ABŞ sanksiyaları birbaşa yox, BMT Təhlükəsizlik Şurasının köməyi ilə, həmçinin Səudiyyə Ərəbistanı, Fars körfəzində yerləşən və neft ixracı ilə məşğul olan ölkələr vasitəçiliyi ilə reallaşdırdı."

M.Rezai bəyanatında deyib: "İran ABŞ-dan ölkənin milli iqtisadiyyatına vurulmuş zərərin kompensasiya olunması ilə bağlı ittiham irəli sürməyə hazırdır. İran cəmiyyəti ölkə hökuməti qarşısında "nüvə dosyesi" üzrə sanksiya tətbiq etdiyi üçün Birləşmiş Ştatları Beynəlxalq məhkəməyə vermək və ABŞ Administrasiyasından bu məhkəmə vasitəsilə son üç il ərzində vurulmuş zərərin kompensasiyasını tələb etməyə güc toplayır."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR