Play Store

Azərbaycan Prezidenti Moskvada futbol oynadı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 12-də Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Dövlət başçımız iyunun 14-də futbol üzrə Dünya Çempionatının açılışı mərasimində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidentinin Moskvanın “Vnukovo” hava limanınında qarşılanma mərasimində maraqlı anlar yaşanıb.

İlham Əliyevi qarşılayanlar arasında dünya çempionatının talismanı olan “Zabivaka” canavar personajı da olub. “Zabivaka” Azərbaycan Prezidentinə topla bir neçə qısa ötürmə edib. Bundan sonra dövlət başçımız Rusiyaya dünya çempionatında müvəffəqiyyətli çıxış arzulayıb. O, birinci matçda Rusiya komandasını dəstəkləyəcəyini bildirib.

“Rusiyaya çempionatda qələbə arzu edirəm”, – Azərbaycan Prezidenti deyib.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi sabah “Lujniki” stadionunda yerli vaxtla saat 18:00-də (Bakı vaxtı ilə saat 19:00-da – red.) başlanacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR