Azərbaycanda Dövlət Elmi Ekspertiza Şurası yaradılır

13:37 12 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 13:35 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın elm sahəsində yeni struktur yaradılması təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni hazırlanan “Elm haqqında” qanun layihəsində Dövlət Elmi Ekspertiza Şurası (DEEŞ) adlı qurumun yaradılması nəzərdə tutulur.

 

Qanunun 32-ci maddəsinin tələbinə əsasən, yaradılacaq qurum elmi və elmi-texniki fəaliyyətin ekspertizasını həyata keçirəcək. DEEŞ-nin yaradılması qaydaları və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı təsdiq edilən Əsasnaməyə müvafiq olaraq həyata keçiriləcək.

 

Xatırladaq ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəsi gözlənilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR