Kim Çen Inın bacısı görüş zamanı baxın nə etdi? - Sammitdə çəkilən qəribə görüntülər üzə çıxdı / FOTOLAR

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda baş tutan görüş zamanı maraqlı hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, sənədin imzalanması zamanı masanın üzərinə iki ədəd qələm qoyulub. Lakin imzalanma zamanı Kim Çen Inın bacısı masanın üzərindəki qələmi götürərək, cibinə qoyub. Əvəzində özü ilə gətirdiyi qələmi qardaşına verib. Sənəd məhz həmin qələmlə imzalanıb.

Onun niyə belə addım atdığı məlum olmasa da, bunun təhlükəsizlik məsələsi ilə əlaqədar olduğu güman edilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR