Milyarder və investor Corc Soros Ukraynaya gedərək Kiyevdəki beşulduzlu otellərdən birində qalıb.Soros Ukraynaya ayaq basdı
Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə "Kanal 5" öz mənbələrinə istinadən xəbər yayıb.
Bundan əvvəl Ukrayna Ali Radasının xarici məsələlər üzrə komitəsinin sədri Anna Qopko özünün Facebook səhifəsində yazmışdı ki, bu həftə Ukraynaya bir sıra xarici qonaqlar, o cümlədən Corc Soros gələcək.
Deputat qeyd etmişdi ki, qonaqlarla Ukraynaya maliyyə dəstəyi məsələsi müzakirə olunacaq.
Milli.Az