Qoç - işdə əla nəticələrə nail olmaq imkanı
var. Rəqibləri üstələyə, bədxahları tərksilah edə bilərsiniz. Risk
istisna deyil. Narahat olmayın, qorxmayın.
İntiusiya sizə nə zaman aktiv fəaliyyətdə olmağı, nə zaman da
kölgəyə çəkilərək gözləməyi deyəcək.
İşgüzar ünsiyyətdə çətinliklər ola bilər. İş yerində rəhbərlik sizə
əsl diktator təsiri bağışlamasın. Birgə layihələr və şərikli iş
üçün əlverişli gün deyil.
Ailə üzvləri ilə dil tapmaq çətindir.
Şəxsi münasibətlər müstəvisində sayıq, ehtiyatlı olun.
Buğa - yeni işə və ya layihəyə başlamaq üçün
əlverişli gündür. Çətinlikləri dəf etmək üçün orijinal yollar və
metodlar arayın. İşdə kollektivin üzvləri ilə münasibətlər
nizamlanır.
İş yoldaşlarınızdan biri və ya şərik etibarlı müttəfiq ola bilər.
Yeni səlahiyyətlərlə yanaşı, öhdəliklər də peyda olacaq. Gəlir,
mənfəət və ya maaş arta bilər.
Tədris və təhsil üçün əla gündür. Praktiki bilgilər əldə edə
bilərsiniz. Yaradıcı layihələrdə uğur istisna deyil.
Yeni tanışlıqlarda fayda var. Onlar yaşamınızda mühüm rol oynaya
bilər.
Əkizlər - orijinal və qeyri-standart qərarlar
qəbul edin. Yaxın ətrafınızdakı insanlar addımlarınızı
anlamayacaqlar. Narahat olmayın, yolunuza davam edin.
Hadisələrin inkişaf etdiyi məcradan və istiqamətdən asılı olmayaraq
qarşınıza qoyduğunuz məqsədə doğru gedin, planlardan imtina
etməyin.
Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın.
Ailə üzvləri ilə münasibətlər rəvan deyil.
Ən kiçik səbəbdən mübahisə yarana bilər. Həmin mübahisədən sonra
qızğın barışıq olacaq. Uşaqlarla dil tapmaq çətindir. Müxtəlif
yaşlılar arasında fikir ayrılıqları kəskinləşir.
Xərçəng - səfər, səyahət, ezamiyyət üçün uğurlu
gündür. Yaşam arealının dəyişməsi əhvalınızı yaxşılaşdırmaqla
yanaşı, yaradıcıldıq potensialınızı da artırır. Gözəl ideyalarınız
peyda olacaq.
Yeni işə və ya layihəyə başlamaq, potensial tərəfdaşlar aramaq üçün
yaxşı gündür.
Uğurlu investisiyalar və səmərəli alış-veriş istisna deyil.
Şəxsi münasibətlər müstəsivində irəliləyiş olacaq.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda dəqiq və həssas olun.
Yeni tanışın rəğbətini qazanın, yaxınlarınızla fikir ayrılıqlarına
yol verməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir - qəfil görüş baş tuta bilər. Bu təmas xoş
olmasa da, faydalıdır. Gün çoxsaylı tanışlıqlar vəd edir. Sizi
paltara görə qarşılayacaqlar və buna görə də zahiri görünüşünüzə
fikir verin. Əşyalarınızı nəzarətdə saxlayın.
Kiçik, amma təəssüf doğuran itkilər ola bilər.
Günün ikinci yarısında səhhətinizə fikir verin.
Yaşam potensialınız və tonusunuz aşağı düşəcək. Bihallıq mümkündür.
Allergiya və ya zökəm istisna deyil.
Qız - nahamar, gərgin gündür. Çətin qərarlar qəbul
etməli, yaxın ətrafınızdakı insanların təqdir etməyəcəyi addımlar
atmalı olacaqsınız.
İşdə konkret layihə və ya plan baş tutmayacaq. Rəhbərliklə söz
güləşdirməyin, həmkarlarla mübahisə etməyin.
Uzun səfər, xüsusilə də planlaşdırılmamış səyahət məsləhət
deyil.
Yolda tez yorulacaqsınız. Əhvalınız pozulacaq, yeni təəssüratlar
sizi sevindirməyəcək.
Axşam saatlarında alış-veriş etmək olar.
Tərəzi - orijinal həllər, qeyri-standart addımlar
günüdür. Orijinallıq və gözlənilməzlik sizə uğur qazandıra bilər.
Yeni tanışlıqlar faydalıdır. Onlar yaxın gələcəkdə həyatınızda
köklü dəyişikliklərin rəhni ola bilər.
Maliyyə baxımından əlverişli dönəmdir. Gəlir və mənfəət istisna
deyil.
Alış-verişdə tələsməyin, yaxşı ölçüb-biçin.
Köç, təmirə başlamaq üçün yaxşı vaxtdır. İmiclə eksperiment
etməyin.
Əqrəb - nüfuzlu şəxslə ünsiyyət və yeni maliyyə
imkanlarının aranması üçün yaxşı gündür. Müttəfiq və şərik arayın.
İşdə mövqelərinizi möhkəmləndirin. Daha çox maaş ala biləcəyiniz,
nüfuzlu iş yeri barədə də düşünə bilərsiniz.
Təhsil, tədris, ixtisas və biliklərin gücləndirilməsi üçün yaxşı
gündür.
Perspektivə hesablanmış uzunmüddətli planı reallaşdırmağa başlayın.
Dəstək və yardıma bel bağlamayın, təkbaşına çalışın. Dürüst
taktikadır.
İlk uğurlara nail olan kimi sizi dəstəkləmək istəyənlər
tapılacaq.
Axşam saatlarını evdə keçirin, əyləncə məkanına yollanmayın.
Oxatan - risk etməyin. Düşünülməmiş addımlar və
impulsiv hərəkətlər üçün əlverişli gün deyil. Sınanmış, etibarlı
metodları seçin, rahat yolla irəliləyin. İşdə xoşagəlməz
sürprizlər, rəhbərliklə münaqişə ola bilər.
Situasiyanı stabilləşdirməyə çalışın. İnadkar və kəmhövsələ
olmayın.
Romantik görüşdən imtina edin. Belə görüş olarsa, istədiyiniz
məcrada cərəyan etməyəcək. Yeni tanışlıqlardan yaxşı heç nə
gözləməyin.
Həmin tanışlıqlar ciddi heç nə vəd etmir.
Ailə üzvləri ilə təmaslara daha çox vaxt ayırın.
Axşam saatlarında dincəlin, yaxşıca istirahət edin.
Oğlaq - ehtiyatlı və sərvaxt olun. Ciddi, çətin
sınaqlar dönəmidir. Bütün işlərdə dəqiq və səliqəli olun.
Ən kiçik səhvin belə, böyük fəsadları ola bilər. İşdə rəhbərlki
sizə qarşı çox tələbkardır. Kollektivdə münasibətlər
gərginləşir.
Bədxahınız fəaliyyətdədir.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səmimi olun.
Dostlarla təmaslarda fikir ayrılıqları yaranarsa, müzakirə
vasitəsilə problemi aradan qaldırın. Laqeyd qalmadığınız insanı
sevindirin. Ailə üzvlərinə sürprizlər edin.
Köhnə tanışdan çoxdan gözlənilən xəbərin alınması mümkündür.
Dolça - niyyətlərinizi reallaşdırmağa tələsməyin.
Az sonra planları gerçəkləşdirmək üçün uğurlu şərait yaranacaq.
Peşəkar mövqelərinizi möhkəmləndirmək imkanı var. Amma vicdanınızın
səsinə qulaq asın.
Ciddi maliyyə itkiləri ola bilər.
Etibar etdiyiniz və dəyər verdiyiniz insanlarla ünsiyyət üçün xoş
gündür.
Romantik görüş, dostlarla təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Son vaxtlar sizi yaman narahat edən, təlaşa salan problemi çözə
bilərsiniz.
Balıqlar - uğurlu gündür. Başladığınız işlər
alınacaq. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ
bilmədikləri problemi həll edəcəksiniz.
Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş həyatınızda
qarşınızda yeni üfüqlər açılır, yeni perspektivlər yaranır. Bilik,
bacarıq, ixtisasın artırılması mümkündür. Fəaliyyət sahəsini
genişləndirə bilərsiniz.
Maliyyə və sərmayə məsələlərində uğur əldə edə bilərsiniz. Pulla
bağlı problemlər yaranmayacaq. Şəxsi münasibətlər müstəvisində
irəliləyiş olacaq.
Az sonra ciddiləşəcək romantik münasibətlər formalaşacaq. Həyat
potensialı yüksəkdir.
Əhvalın pozulması və ya səhhətdə hər hansı fəsadın yaranmasından
ehtiyatlanmayın.
Milli.az