Bayıl qəsəbəsində istinad divarında möhkəmlənmə işləri aparılacaq

13:42 12 Yanvar 2015
197 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 13:34 ]


Bakı. Fərid Mirzəyev - APA. “İcra hakimiyyətinin rəhbərliyi, təsərrüfat xidmətinin işçiləri dünən də, srağagün də Bayıl qəsəbəsi Buxta küçəsi-212 ünvanında istinad divarının beton bloklarında yaranmış çatlarla bağlı ərazidə olublar. Artıq əraziyə baxış keçirilib. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Ərazidəki istinad divarında möhkəmlənmə işləri aparılacaq”.

 

Bunu APA-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov bildirib.

 

İ.Kərimov ərazidə məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət olunduğunu da deyib: “Qəzalı ərazidə yaşayan 6 məcburi köçkün ailəsinin müvafiq qaydada yaşayış yeri ilə təmin olunması üçün tərəfimizdən “Qaçqınkom”a müraciət olunub. Məcburi köçkün ailələrinin Buxta küçəsindən köçürülməsi işi ilə “Qaçqınkom” məşğul olacaq”.

 

Qeyd edək ki, yanvarın 9-da Bakı və Abşeron yarımadasına yağmış qarın əriməsi nəticəsində Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanındakı iri ölçülü istinad divarının beton bloklarında qabarma və çatlar əmələ gəlib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR