Play Store

Qiyməti 100 min dollar olduğu deyilən böcək - SUMQAYITDA TAPILDI / Fotofakt

Sumqayıtda qiyməti 100 min dollar olduğu deyilən böcək tapılıb.

Metbuat.az bildirir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin sakini Malik Məmmədov “Kərgədan böcəyi”ni yaşadığı evin həyətyanı sahəsində tapıb. O, 3-4 sm uzunluğunda olan böcəyi itməməsi üçün şüşə qaba qoyub.

Sakin bildirir ki, 2 ay əvvəl həmin böcəklə bağlı televiziyaların birində yayımlanan sujetə baxıb. Orada “Kərgədan böcəyi”nin dəyərli olduğunu, son dövrlər nadir hallarda rast gəlindiyini öyrənib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Zoologiya İnstitutunun Tətbiqi zoologiya mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov bildirib ki, “Kərgədan böcəyi” dəyərli bir böcək növü deyil:

“Keçən il də belə bir panika yaydılar. “Kərgədan böcəyi” adi bir böcəkdir. Respublika ərazisində çox yayılıb. Qiymətinin baha olması ilə bağlı yayılan məlumatlar da yalandır. Keçən il də bununla bağlı bizə müraciətlər oldu. Hətta həmin böcəkləri gətirib, satmaq istəyənlər də oldu. Amma başa saldıq ki, onun heç bir qiyməti yoxdur. Adi bir növdür. “Kərgədan böcəyi”ni tapan şəxs bioloji tarazlığı korlamamaq üçün onu təbiətə buraxsa yaxşıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda kredit faizləri aşağı düşür? - Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR