Bakıda "Mercedes" su kanalına düşdü: xəsarət alanlar var - VİDEO

Bakıda "Mercedes" su kanalına düşdü: xəsarət alanlar var - VİDEO
13:17 14 İyun 2018
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq su kanlına düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Sovxoz Ramanı kəndi ərazisində baş verib.

Belə ki, 90-MB-227 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. 

Qəza nəticəsində sürcü və avtomobildə olan sərnişinin yaralandığı və təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığı bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

'Mercedes' su kanalına düşüb, 2 nəfər xəsarət alıb


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/659785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR