Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək

Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək
13:18 14 İyun 2018
Ölkə mətbuatı
A- A+

Gürcüstanla Azərbaycan sərhədində yeni gömrük keçid postu tikiləcək.

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəis müavini Səməd Qaralov deyib.

Onun sözlərinə görə, artıq sözügedən yeni postun tikiləcəyi yerin ərazisi də təyin edilib:

"Yeni gömrük keçid məntəqəsi Böyükkəsiklə Sadıqlı kəndləri arasında tikiləcək. Artıq məntəqənin tikintisi ilə əlaqədar Ağstafa rayon İcra Hakimiyyətindən icazə alınıb. Yeni post "Sınıq körpü" gömrük sərhəd keçid məntəqəsinin yükünü azaldacaq və sadələşdirəcək".

S.Qaralov həmin gömrük keçid məntəqəsində Gürcüstan və Azərbaycan gömrük xidməti əməkdaşlarının eyni binada oturacaqlarını da bildirib.

Könül


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/244389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR