ETSN-də Milli Qurtuluş Günü qeyd olundu

ETSN-də Milli Qurtuluş Günü qeyd olundu
20:53 14 İyun 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bayram münasibətilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.

Nazir Muxtar Babayev çıxışında bildirib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyinin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub: "Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb".

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı ilə əlaqədar ölkə prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı ilə təltif olunan əməkdaşlara mükafat, ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən işçilərə isə Nazirliyin Fəxri fərmanı təqdim edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/244442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR