Tovuzda müəllim "Son zəng" tədbirində öldü -

Tovuzda müəllim "Son zəng" zamanı öldü

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, N.Ələkbərova ürək-damar xəstəliyindən əziyyət çəkirmiş./Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR