​Türkiyə və ABŞ Mənbiçdə sabitlik yaradacaq -

Türkiyə və Amerika Birləşmiş Ştatları Mənbiçdə sabitlik yaradacaq.

YPG terror qruplaşmasının bölgədən çıxarılmasından sonra isə ABŞ onlara verilmiş silahı geri alacaq. Metbuat.az-ın məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu yerli mənbələrə açıqlamasında belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, təhlükəsizlik orqanlarının yaradılmasına qədər regionda patrul xidmətini türk və Amerika hərbçiləri həyata keçirəcək. Diplomat qeyd edib ki, YPG-dən silahların geri alınması prosesi yol xəritəsinin tətbiq ediləcəyi Suriyanın digər şəhərlərinə də yayıla bilər. Həmçinin yol xəritəsinin qarşılıqlı etimad əsasında reallaşdırılması Türkiyə-ABŞ münasibətlərinin normallaşdırılması yolunda vacid addım olacaq.

Qeyd edək ki, Ankara ilə Vaşinqton Mənbiçdə sabitliyin yaradılması üzrə yol xəritəsini 4 iyun 2018-ci ildə razılaşdırıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR