Bakıda kirayənişin öldü, ev sahibəsi xəstəxanalıq oldu

Bakıda kirayənişin öldü, ev sahibəsi xəstəxanalıq oldu
13:52 12 Yanvar 2015
159 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 26 yaşlı gənci əcəl hamamda haqlayıb.

Anspress-in məlumatına görə, dünən - 11 yanvarda Hövsan qəsəbəsində ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.

Qəsəbənin Elşən Qasımov küçəsində kirayədə qalan gəncin hamamdan çıxmadığını görən ev sahibi Təcili Yardım Stansiyasına zəng vurub. Bağlı qapı arxasında qalan kirayənişinin dəm qazından zəhərləndiyini ehtimal etdiyini bildirən 59 yaşlı qadın özünü də pis hiss etdiyini deyib.

Təcili Yardım əməkdaşları çağırış yerinə gəldikdə kirayənişinin cəsədi artıq hamamdan çıxarılıb. Müayinə zamanı onun ölümü müəyyənləşdirilib.

Cəsəd hüquq-mühafizə orqanlarına təhvil verilib. Ev sahibi isə zəhərlənmə diaqnozu ilə Bakı Kliniki Tibb Mərkəzinin toksikologiya şöbəsinə yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR