Əfqanıstanda tarixi anlar -

Əfqanıstanda Ramazan bayramı münasibətiylə atəşkəs elan edən Taliban terror qruplaşmasının nümayəndələri və Daxili İşlər Naziri Veys Ahmed Barmak arasında görüş olub.

Metbuat.az-ın məlumatına görə, tarixi görüş paytaxt Kabildə baş tutub. 18 il aradan sonra dinc formada paytaxta gələn taliblər, əfqanıstanlı hərbçilərə güllər verib. Talibləri mehriban şəkildə qarşılayan paytaxt sakinləri isə onlarla fotolar çəkərək, tarixi anı əbədiləşdirib.

Qeyd edək ki, taliblərin atəşkəs elan etməsindən sonra Kabil də oxşar addım atıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR